Archive for the ‘Papers’ Category

QHT-lərin dövlət qeydiyyatına alınması şəffaflığı təmin edə bilər

Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

14 Oktyabr 2014

“Qafqazinfo” “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti Razi Nurullayevin vətəndaş cəmiyyətinin durumu ilə bağlı müsahibəsini təqdim edir:

– Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini necə qiymətləndirirsiniz? Bir çox QHT nümayəndələri vəziyyətin çox kritik olduğunu vurğulayır, bəziləri təşkilatlarını bağladıqlarını bəyan edirlər. Təşkilatınızı bağlamaq fikrində deyilsiniz?

– İlk öncə vurğulayım ki, doğrudan da vətəndaş cəmiyyətində vəziyyət ağırdır. Artıq 4-5 aydan artıqdır ki, QHT-lər durğunluq və qeyri-müəyyənlik dövrünü yaşayırlar. Bir çoxları aldıqları qrantlar üçün Ədliyyə Nazirliyindən bildiriş almaqda çətinlik çəkir və ya aldıqları qrant layihələrinin müqavilə sənədlərini tərcümə etdirdikdən sonra Notariat idarələrində təsdiq etdirmək üçün günlərlə ayaq döyməli olurlar. Elə notariatlar var ki, tərcüməni təsdiq etməmək üçün elə arqumentlər gətirirlər ki, elə əhəmiyyətsiz detallara ilişirlər ki, mat-məəttəl qalırsan. Bir də ki, bəzən qrant layihələrinin müqavilə sənədi 100-200 səhifədən çox olur. Bu 200 səhifənin maksimum 5-6 səhifəsi təqdim edilən qrant layihəsinə aid olur. Qalan səhifələr isə bütün QHT-lər üçün ümumidir və əsasən, onların ekoloji məsuliyyəti, davranışı və s. məsələlər barədə olur. Yəni bu bəndlər əhəmiyyətsizdir. QHT-nin hər səhifəni tərcümə etdirmək üçün 10-15 AZN pul xərcləməsi, bununla bərabər hər səhifəsinə görə də notarial təsdiq üçün də 2-3 AZN ödəməsi nə qədər ədalətlidir? Bir donordan 10-15 QHT qrant alıbsa və hər biri üçün bağlanan 150 səhifəlik müqavilənin 4-5 vərəqi əsasdırsa, və qalan 145 səhifəsi hər biri üçün eynidirsə, onların o qrant müqavilələrini ayrı-ayrılıqda tərcümə etdirməsi, ayrı-ayrılıqda təkrar-təkrar notarial təsdiq üçün küllü miqdarda pul xərcləməsi nə qədər məntiqlidir?

Read more »

İslam Dövləti ilə bağlı araşdırma – İŞİD ən güclü orduya sahibdir?

islamic-state-executes-tribe.si“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik araşdırması

 Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD).

Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.

Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.

Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir. Read more »

Registration Problem for Civil Society organizations in Azerbaijan

razi-nurullayev-2012-0011

Paper has been prepared by Mr.Razi Nurullayev, senior expert with “REGION” International Analytical Center (RIAC). The paper is about common rejection reasons for NGOs registration with the Minsitry of Justice. Many rejection reasons are reiterated in many letters addressed to NGOs by the Ministry. 

COMMON REJECTION REASONS

In the registration of NGOs

  1. Not indication of competences of a deputy chairman
  2. According to the article 5 of the Law “On Non-Governmental Organisations (public unions and foundations)”, not indicating the establishment of non-governmental organizations on permanent or temporary basis or to achieve specific objectives;
  3. Not indicating the rights of its members to appeal to the court;
  4. According to the article 5.4 of the Law “On state registration and state register of legal entities”, not submitting the decision on establishment of entity and approval of charter; Read more »