Archive for the ‘Analysis’ Category

QHT-lərin dövlət qeydiyyatına alınması şəffaflığı təmin edə bilər

Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

14 Oktyabr 2014

“Qafqazinfo” “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti Razi Nurullayevin vətəndaş cəmiyyətinin durumu ilə bağlı müsahibəsini təqdim edir:

– Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini necə qiymətləndirirsiniz? Bir çox QHT nümayəndələri vəziyyətin çox kritik olduğunu vurğulayır, bəziləri təşkilatlarını bağladıqlarını bəyan edirlər. Təşkilatınızı bağlamaq fikrində deyilsiniz?

– İlk öncə vurğulayım ki, doğrudan da vətəndaş cəmiyyətində vəziyyət ağırdır. Artıq 4-5 aydan artıqdır ki, QHT-lər durğunluq və qeyri-müəyyənlik dövrünü yaşayırlar. Bir çoxları aldıqları qrantlar üçün Ədliyyə Nazirliyindən bildiriş almaqda çətinlik çəkir və ya aldıqları qrant layihələrinin müqavilə sənədlərini tərcümə etdirdikdən sonra Notariat idarələrində təsdiq etdirmək üçün günlərlə ayaq döyməli olurlar. Elə notariatlar var ki, tərcüməni təsdiq etməmək üçün elə arqumentlər gətirirlər ki, elə əhəmiyyətsiz detallara ilişirlər ki, mat-məəttəl qalırsan. Bir də ki, bəzən qrant layihələrinin müqavilə sənədi 100-200 səhifədən çox olur. Bu 200 səhifənin maksimum 5-6 səhifəsi təqdim edilən qrant layihəsinə aid olur. Qalan səhifələr isə bütün QHT-lər üçün ümumidir və əsasən, onların ekoloji məsuliyyəti, davranışı və s. məsələlər barədə olur. Yəni bu bəndlər əhəmiyyətsizdir. QHT-nin hər səhifəni tərcümə etdirmək üçün 10-15 AZN pul xərcləməsi, bununla bərabər hər səhifəsinə görə də notarial təsdiq üçün də 2-3 AZN ödəməsi nə qədər ədalətlidir? Bir donordan 10-15 QHT qrant alıbsa və hər biri üçün bağlanan 150 səhifəlik müqavilənin 4-5 vərəqi əsasdırsa, və qalan 145 səhifəsi hər biri üçün eynidirsə, onların o qrant müqavilələrini ayrı-ayrılıqda tərcümə etdirməsi, ayrı-ayrılıqda təkrar-təkrar notarial təsdiq üçün küllü miqdarda pul xərcləməsi nə qədər məntiqlidir?

Read more »

İslam Dövləti ilə bağlı araşdırma – İŞİD ən güclü orduya sahibdir?

islamic-state-executes-tribe.si“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik araşdırması

 Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD).

Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.

Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.

Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir. Read more »

“The party system has been killed.” An interview with Azerbaijan’s Razi Nurullayev

Razi Nurullayev, head of "Region" International Analytical Center (RIAC)The same family has ruled Azerbaijan since October 1993, first with Heydar Aliyev ruling from 1993 to 2003, and then with his son Ilham Aliyev from 2003 onwards. Since 1993, Azerbaijan has seen a steady drop in political liberties while the government and economy have been strengthened through the promotion of the extractive industries with the opening of the Caspian oil and natural gas fields. Meanwhile, the war between Azerbaijan and separatist ethnic Armenians in the Nagorno-Karabakh region looms large, preventing economic reform and normalcy from returning to the country’s political system.

I recently interviewed Razi Nurullayev on recent developments in Azerbaijan. Mr. Nurullayev founded the Yox (No) movement in 2005, with the aim of resisting anti-democratic attitudes and spurring a transition to a more open society. Now he is a senior analyst at “Region” International Analytical Center (RIAC). He also works as a member of the Azerbaijani Popular Front Party, in opposition to the ruling New Azerbaijan Party. The party seeks to promote social justice, integration into Euro-Atlantic community, and economic liberalism.

In our interview, Mr. Nurullayev painted a picture of the Aliyev regime that is trying to tighten its control through policies of isolation. This pattern is demonstrated, for example, in the non-renewal of certain Peace Corps programsin Azerbaijan.

“The government believes the U.S. may import colored revolution into the country, and Peace Corps teachers may become revolution agents in the regions of the country,” he said. “The government believes that by removing the roots of any U.S. affiliated organizations may secure the country against any imported unrest and political activism.”

Read more »

What makes US diplomats talk of Caucasus Crisis-2014?

Razi Nurullayev, head of "Region" International Analytical Center (RIAC)

Razi Nurullayev, head of “Region” International Analytical Center (RIAC)

Interview with Razi Nurullayev, Azerbaijani senior analyst of “Region” International Analytical Centre (RIAC)

US experts and diplomats have been warning of a new security crisis that could break out in the South Caucasus in autumn of 2014. How good is the forecast and is there any evidence the region is really headed for a new war? Or is it rather a threat aimed at disrupting these countries’ ties with Russia? We are discussing the issue with Razi Nurullayev, Azerbaijani political analyst and senior expert with “Region” International Analytical Centre (RIAC).

On October 5, 2012, Ambassador Edward P. Djerejian presented a lecture in Los Angeles titled “Arab Awakening, The Turkish Role in The Region and The Future of Armenians in the Middle East”. According to the ‘USA Armenian Life’ reporting, he claimed that “2014 is a potentially deadly deadline for Armenia and Armenians worldwide imposed by Azerbaijan.” He sternly cautioned Diaspora Armenians about the so-called “Azerbaijan deadline” for political settlement of the Artsakh (Karabagh) conflict by 2014… He tersely warned that a formidable military buildup by Azerbaijan spelled trouble for Armenia.

This year Ambassador Richard Morningstar, the US envoy to Azerbaijan, issued a similarly stern warning to Baku, promising it a “Maidan” if the government doesn’t loosen its grip on the opposition.

In both cases, the Ambassadors suggested that Armenia and Azerbaijan had to adopt more “open” policies towards the West and scale down their contacts with Russia. Or face the consequences? Read more »

Ukrayna fedaritivləşsə Şimal təhlükəsi daha da artacaq

eastern_partnership-summit-in-pragueKrımın Rusiyaya birləşdirilməsindən sonra, bir sıra ekspertlər növbəti qurbanların Moldova və Azərbaycan olacağını güman edirlər. Çünki, hər iki Respublikada separatçı rejimlər var. Hətta, Rusiyanın Azərbaycan qarşısında şərt qoyacağı da vurğulanır. Şərt isə ondan ibarət ola bilər ki, Azərbaycan ya Gömrük İttifaqını, ya da Qarabağı seçsin.

Əslində, bu mülahizələr əsassız da deyil. Rusiyanın Azərbaycan qarşısında belə bir şərt qoyub-qoymayacağı Ukrayna hadisələrinin sonluğundan asılıdır. Hazırda Rusiya ilə Azərbaycan arasında elə də ciddi problemlər yoxdur. Azərbaycan iqtidarı Rusiya ilə çox ehtiyatlı davranır.

Bununla bərabər, Azərbaycan Avropa Birliyi çərçivəsində Şərq Tərəfdaşlığı proqramında da fəal üzv deyil. Görüləsi çox işlər var və Azərbaycan dövlət başçısı da hələ keçən ilin dekabrında Avropa Birliyi ilə assosiasiya sazişini imzalamayacağını söyləmişdi. Lakin, bu o demək deyil ki, Azərbaycan birbaşa Avropa Birliyinə qarşı çıxacaq və əməkdaşlıqdan imtina edəcək. Əslində, əməkdaşlıq var və Azərbaycan sonunda Avropa standartlarına uymağa vadar olacaq.

Haşiyə çıxaraq demək istərdim ki, əslində, prezidentin səsləndirdiyi bu fikir də ikibaşlı idi. Çünki, İlham Əliyev assosiasiya sazişindən də üstün olan strateji əməkdaşlıq variantının müzakirə oluna biləcəyini demişdi. Read more »

Türkiyədə Putin-Medvedev tandemi təkrarlanacaq

23.04.2014

erdogan_141463534“Bu ilin 10 avqustunda Türkiyədə keçirilən prezident seçkilərində Putin-Medvedev tandemi təkrarlanacaq. Özü-özlüyündə bu demokratiya ilə ziddiyyət təşkil etməsə də, mənəvi cəhətdən qüsurludur. Ola bilsin ki, hətta bəziləri bunu demokratiyaya qarşı yönəlik addım da hesab edə bilər”.

Bunu Aktual.az-a açıqlamasında politoloq, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, əslində Ərdoğan-Gül tandemi Türkiyənin demokratik quruluşuna qarşı əvvəlcədən planlaşdırılmış bir hərəkətdir: Read more »

Avrasiya İttifaqı vahid dövlətə çevrilə bilərmi?

Razi Nurullayev

Razi Nurullayev: “Putin hakimiyyətini saxlaya bilməsə, bu layihə iflasa uğrayacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avrasiya İttifaqı vahid dövlət olacaq. Onun fikrincə, Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildə “yeni inteqrasiya formasını tətbiq edəcəklər”. Bu ölkələrin vahid iqtisadiyyatı olmalıdır. O qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur: “Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd isə Qırğızıstandır. Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var”. Avrasiya İttifaqının yaradılmasında məqsədin Qərblə qarşıdurma görüntüsü yaratmaq olduğu və bu layihənin gələcəkdə heç bir perspektivinin olmayacağı deyilirdi. Read more »

Müharibə etmək üçün gurulan oyun

metin (1)

Artıq dünyanın qarışmasının  rəsmi tarixi və təhlükəli bir müharibənin başlanğıcı kimi sentyabr ayını yaxın gələcək tarixdə  başlanğıc nöqtəsi kimi qəbul etmək olar. Məsələ burasındadır ki, geosiyasi hadisələrin son  6 – 8 ayda lənq getməsi  dünyanı idarə  edən güvvələri digər planın həyata keçirilməsinə sövg etdi. Geyd edək ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatların başlamasına qarşıdır və bu üzdən yəhudi dövləti ilə Obama administrasiyası arasında münasibətlər kifayət qədər soyuqdur. İrana qarşı hərbi əməliyyatların başlanmasına açıqcasına və dolayısı yolla ABŞ-ın etiraz etməsi Yəhudi Dövlətinin ABŞ-ın argumentləri garşısında pat vəziyyətinə gətirilməsi və yeganə çıxış yolu kimi, hərbi müdaxıləyə  sövg etməsi prosessinə bir neçə gün bundan əvvəl start verildi. Diqqət çəkən məqam, Britaniya kəşfiyyatı direktorunun ABŞ-la İsrail arasında İrana dair kəskin fikir ayrılıqlarının yarandığı bir vaxtda bu ölkəyə səfər etməsidir. Britaniya Dövləti həmin hərbi əməliyyatlarda iştirak etmək  niyyətində deyil. Amma, ABŞ istirak edirsə, Böyük Britaniyanın da iştirakı gözləniləndir.

Məhz, ona görə danışıqların məqsədi Yəhudi Dövlətini hücum etməməyə inandırmaqdır. Amma,  İsrail baş naziri  ABŞ-ın ünvanına sərt bəyanatla çıxış edərək deyib ki, bu ölkənin İsrailin İrana qarşı əməliyyatlarına mane olmağa mənəvi haqqı yoxdur. Çünki söhbət İsrailin təhlükəsizliyindən gedir: “Əgər beynəlxalq birlik İranın nüvə fəaliyyətlərini dayandıra bilmirsə, o zaman İsraildən gözləməyi tələb etmək üçün mənəvi haqqa malik deyil”. Bu da o deməkdir ki, İsrail artıq bütün geosiyasi gedişlərini istifadə etməkdə qərarlıdır. Təbii ki, tək başına sona qədər İrana qarşı əməliyyatlar aparmaq Yəhudi Dövləti üçün arzuolunmazdır. Deməli, ehtiyatda olan siyasi mexanizmləri işə salmaq zamanıdır. Bunun üçün xüsusi tarixə ehtiyac var və  11 sentyabr hadisələrinin il dönümü təsadüfən seçilməyib.

Read more »

Ərdoğan Əliyevdən nə istəyəcək? – Təhlil

Ərdogan və İlham Əliyev


11.09.2012 | 14:52

Ərdoğanın səfər xüsusi əhəmiyyət daşıyır. 2010-cu 16 avqustunda iki ölkənin prezidenti arasında imzalanan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətindən sonra bir sıra nailiyyətlər var. Ən azından iki ölkənin münasibətlərində tam aydınlıq ortaya çıxıb.

2011-ci ilin oktyabrında İzmirdə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısında Azərbaycan və Türkiyə Azərbaycan qazının taleyi ilə bağlı ilkin razılığa gələrək qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzaladılar. Qaz tranzitinə dair saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutaraq, keçən ilin dekabrında TANAP layihəsinin ortaya çıxmasına səbəb oldu. Bununla da Azərbaycan NABUCCO layihəsinin ilkin versiyasına zərbə vurmuş oldu və Qərb üçün yeganə çıxış yolu Qərbu Nabucco layihəsinə qaldı. Türkiyə Azərbaycana bu qaz sazişinə görə çox minnətdardır və indi Qəbələdə keçirilən ikinci toplantıda həm də bu məsələdə ortaya çıxan bir sıra texniki və maliyyə məsələləri də müzakirə mövzusu olacaq.Gündəlikdə yer almayan daha hansı məsələlər müzakirə oluna bilər? Ola bilsin ki, bunlar rəsmi sənədlərdə və açıqlamalarda yer almayacaq.

Viza məsələsi

Read more »

Ramil Səfərov azad olundu. Bəs sonra? – ANALİZ

Ramil Səfərov

“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM)Ramil Səfərovun azadlığa çıxması ilə bağlı baş verə biləcək hadisələri analiz edib və münasibətini açıqalyıb

Ramil Səfərovun Məcarıstandan Azərbaycana gətirilməsi və prezident tərəfindən əhv edilməsi ciddi hadisədir. Ermənistanın siyasi hakimiyyəti üçün bu hadisə çox ağrılı bir məsələdir və Sərkisyan iqtidarını çətin bir duruma salacaq. Ermənistanın Xarici İşlər Naziri Nalbandyanı çətin bir tale gözləyir. Ola bilsin ki, onun istefaya getməsi barədə çağırışlar pik nöqtəsinə çatsın və nəticədə prezident Sərkisyan onu istefaya göndərsin.

Ramil Səfərovun Məcarıstandan Azərbaycana ekstradisiyası yox, məhz onun Azərbaycan prezidenti tərəfindən əhv olunması dünyada birmənalı qarşılanmayacaq. Erməni lobbisinin təsiri və təzyiqləri nəticəsində, bu aktı qınayan dövlətlər və siyasətçilər də ola bilər.
Buna baxmayaraq, Ramilin əhv olunması düzgün addımdır. O, sıradan bir insan deyil və yaşadığı psixoloji durum onu qətl törətməyə vadar etmişdi.ATƏT-in Minsk Qrupu dövlətləri münaqişənin ədalətli həlli üçün ciddi düşünməlidir. Məhz, cəzasızlıq və ədalətsilik mühiti münaqişələrin dərinləşməsinə şərait yaradır. Qərbin və dünyanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və törətdikləri cinayətə vaxtında adekvat reaksiyaları olsa idi, o zaman Ramilin təkbaşına ədaləti bərpa etmək və cinayətkar dövlətin ölkəmizi ələ salan zabitini cəzalandırmaq fikri yaranmazdı. Bu həm də ATƏT üçün bir siqnal rolunu oynamalıdır.Azərbaycanın qarşısında duran alternativlər nə idi?Ramil Səfərovun ölkəyə gətirilərək, yenidən həbsdə saxlanması beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilərdi. Bu addım Azərbaycanın siyasi hakimiyyətinin beynəlxalq nüfuzunun artmasına yardımçı ola bilərdi. Amma, daxildə Azərbaycanın siyasi iqtidarını ciddi qınaqlara və təzyiqlərə məruz qoyardı. Buna görə də, Azərbaycanın siyasi hakimiyyəti ikinci yolu seçdi və xalqın ictimai rəyinə müsbət cavab verdi. Başqa cür mümkün də ola bilməzdi.Ramil Səfərovun azad olunması Dağlıq-Qarabağ münaqişəsi üzrə Azərbaycan-Ermənistan danışıqlarını çətinləşdirəcək və yaxında ikitərəfli görüşlərin keçirilməsi mümkün olmayacaq.ATƏT-in Minsk Qrupu həmsədrləri də bəyənat vermək üçün təzyiqlərlər üzləşəcəklər və onlar bunu etməlidirlər. Onların bəyanatının necə olmasını gözləmək lazım gələcək. İstənilən halda, bəyanat Azərbaycanın xeyrinə olmayacaq. Amma, bütün hallarda udan Azərbaycan xalqıdır və buna ancaq sevinmək olar. Çünki, Ramil Səfərovun azadlığa çıxmasına görə Azərbaycan tənqid olunacaqsa, milyona yaxın qaçqın və köçkünün, günahsız yerə öldürülən on minlərlə Azərbaycan insanının da taleyinə ədalətli qiymət verilməlıdir!