Bakıda böyük Forum – Internet və vətəndaş jurnalistikası

Forum 09Bu gün “Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) internet və vətəndaş jurnalistikasına həsr edilmiş Forum təşkil edib. 120 nəfərin qatıldığı Forumda Azərbaycanın internet məkanı müzakirə edilib. Tədbirdə beynəlxalq təşkilatlar da iştirak edib.

Forumu açılış nitqi ilə salamlayan RBAM rəhbəri Razi Nurullayev əsrimizin internet əsri olduğunu və texnolgiyaların çox sürətlə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, istifadəçilər əsasən Facebook sosial şəbəkəsindən istifadə edirlər, amma Facebook imkanlarını genişləndirən digər internet resurslar da var. Bunlar Podbean, listen2myradio və WordPress platformalarıdır ki, onlardan istifadə etməklə hər kəs imkanlarını daha da genişləndirə bilər.Forum 03

Bunu ardınca o, RBAM-ın hazırladığı http://nt.rbam.org/ internet resursunu təqdim edib. Tədbirdə Türkiyədən yerləşən Kanada səfirliyinin nümayəndələri Kevin Eliott və Monica Ambelez Karrer də iştirak ediblər. və əməkdaşları da Forumda iştirak edəcək.

Forumda ekspert qismində çıxış edən Azər Nəzərov digər internet alətləri, və o cümlədən Podbean, listen2myradio və WordPress platformaları barəsində vizual təqdimat edib.

Müzakirələrdə onlarla vətəndaş cəmiyyəti nümayəndəsi, media nümyanəndələri və ekspertlər iştirak edib. Onlar bu kimi Forumların əsas məqsədinin istifadəçilərin bu platformalardan effektiv istifadə etməsi, adı çəkilən platformaların Azərbaycanda isifadəsini populyarlaşdırmaq və vətəndaşların özlərini vətəndaş-jurnalist rolunda görmələri olduğunu qeyd ediblər.

Tədbirdə Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli, İnsan Hüquqları və Maarifçilik IB-nin sədri Rafail Becanov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovi, Qadınlar Arasında Həmrəylik IB-nin sədri Ruhəngiz Hüseynova, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, İnsan Haqları- 2003 İB sədri Şaban Nəsirov, «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov, “Rəsmi xəbər.az” saytının baş redaktoru Rəsmiyyə Vahidova, “Pillələr” qəzetinin təsisçsis və baş redaktoru Şöhlət Abbas və digərləri çıxış ediblər.

You can leave a response, or trackback from your own site.

Leave a Reply