Archive for February 17th, 2015

Bakıda böyük Forum – Internet və vətəndaş jurnalistikası

Forum 09Bu gün “Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) internet və vətəndaş jurnalistikasına həsr edilmiş Forum təşkil edib. 120 nəfərin qatıldığı Forumda Azərbaycanın internet məkanı müzakirə edilib. Tədbirdə beynəlxalq təşkilatlar da iştirak edib.

Forumu açılış nitqi ilə salamlayan RBAM rəhbəri Razi Nurullayev əsrimizin internet əsri olduğunu və texnolgiyaların çox sürətlə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, istifadəçilər əsasən Facebook sosial şəbəkəsindən istifadə edirlər, amma Facebook imkanlarını genişləndirən digər internet resurslar da var. Bunlar Podbean, listen2myradio və WordPress platformalarıdır ki, onlardan istifadə etməklə hər kəs imkanlarını daha da genişləndirə bilər.Forum 03

Bunu ardınca o, RBAM-ın hazırladığı http://nt.rbam.org/ internet resursunu təqdim edib. Tədbirdə Türkiyədən yerləşən Kanada səfirliyinin nümayəndələri Kevin Eliott və Monica Ambelez Karrer də iştirak ediblər. və əməkdaşları da Forumda iştirak edəcək.

Forumda ekspert qismində çıxış edən Azər Nəzərov digər internet alətləri, və o cümlədən Podbean, listen2myradio və WordPress platformaları barəsində vizual təqdimat edib. Read more »