Archive for November 2nd, 2014

Donorlar QHT-lərlə necə işləyə bilər? – Analiz və Tövsiyyələr

region logo-Aze“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) və İnsan Hüquqları və Maarifçilik İB-yi donorlarla bağlı vətəndaş cəmiyyətində yaranan yeni situasiyaya uyğun analiz apararaq donorlar üçün təkliflərlə çıxış edib – Analiz və Tövsiyyələr

Tarixə ekskursiya

Vətəndaş cəmiyyəti quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Vətəndaş cəmiyyətinin aparıcı subyektlərindən olan QHT-lərin formalaşması öz tarixini, məhz elə bu mərhələ ilə başlayır. QHT-lərin kəmiyyət və keyfiyyətcə artımı, bir institut kimi formalaşması prosesi də 90-cı illərin ortalarında daha geniş yayılmağa başlayıb və əsrin sonuna yaxın artıq oturuşmuş bir struktura çevrilib.

Demək olar ki, 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası yaranana qədər Azərbaycanda yerli donor institutu olmayıb. Ona görə də QHT-lərin layihələri əsasən ABŞ və Avropanın müxtəlif profilli fondları və institutları tərəfindən maliyyələşdirilib. Həmin dövrün tələblərinə uyğun olaraq, layihələr maliyyələşdirilərkən daha çox insan hüquqlarının müdafiəsi, demokratik təsisatların formalaşaması, seçki islahatları və digər mühüm prioritet sahələr üzrə yazılan layihələrin seçilməsinə üstünlük verilib.

Read more »

“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) qlobal layihəyə cəlb edilib

Logo“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) və tərəfdaşları (Rəqəmsal İnkişaf İB, “Tərəqqi” Sosial Tədqiqatlar İB, Insan Hüquqları və Maarifçilik İB, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İsveçin Beynəlxalq İnkişaf Agentliyinin (SIDA) birgə təşəbbüsü olan Vətəndaş Cəmiyyəti İnnovasiya Təşəbbüsü (Civil Society İnnovation Initiative) çərçivəsində vətəndaş cəmiyyətinin bütün dünyada maneəsiz uzunmüddətli inkişafına nail olmaq üçün yeni strategiyasının və ardınca layihənin hazırlanması işində iştirak etmək üçün dəvət alıb.

RBAM və tərəfdaşları bütün dünya üzrə seçilən 45 beynəlxalq təşkilat arasındadır.

Bu təşəbbüs üzərində ABŞ prezidenti Barak Obama 23 sentyabr tarixli “Klintonun Qlobal Təşəbbüsü” tədbirində çıxış edən zaman geniş dayanmış və bu təşəbbüsü bütün dünyada vətəndaş cəmiyyətinə ABŞ-ın ən böyük töhfəsi kimi dəyərləndirmişdir.

“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri Razi Nurullayev Vətəndaş Cəmiyyəti İnnovasiya Təşəbbüsündə iştirak etmək üçün bu gün İstanbula gedir. Yekun strategiyanın və layihənin  hazırlanması üçün seçilən 45 təşkilat İstanbulda toplaşacaq.

sida-logo_400x200 USAID-logo