Archive for October, 2012

Avrasiya İttifaqı vahid dövlətə çevrilə bilərmi?

Razi Nurullayev

Razi Nurullayev: “Putin hakimiyyətini saxlaya bilməsə, bu layihə iflasa uğrayacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avrasiya İttifaqı vahid dövlət olacaq. Onun fikrincə, Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildə “yeni inteqrasiya formasını tətbiq edəcəklər”. Bu ölkələrin vahid iqtisadiyyatı olmalıdır. O qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur: “Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd isə Qırğızıstandır. Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var”. Avrasiya İttifaqının yaradılmasında məqsədin Qərblə qarşıdurma görüntüsü yaratmaq olduğu və bu layihənin gələcəkdə heç bir perspektivinin olmayacağı deyilirdi. Read more »