Müharibə etmək üçün gurulan oyun

metin (1)

Artıq dünyanın qarışmasının  rəsmi tarixi və təhlükəli bir müharibənin başlanğıcı kimi sentyabr ayını yaxın gələcək tarixdə  başlanğıc nöqtəsi kimi qəbul etmək olar. Məsələ burasındadır ki, geosiyasi hadisələrin son  6 – 8 ayda lənq getməsi  dünyanı idarə  edən güvvələri digər planın həyata keçirilməsinə sövg etdi. Geyd edək ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatların başlamasına qarşıdır və bu üzdən yəhudi dövləti ilə Obama administrasiyası arasında münasibətlər kifayət qədər soyuqdur. İrana qarşı hərbi əməliyyatların başlanmasına açıqcasına və dolayısı yolla ABŞ-ın etiraz etməsi Yəhudi Dövlətinin ABŞ-ın argumentləri garşısında pat vəziyyətinə gətirilməsi və yeganə çıxış yolu kimi, hərbi müdaxıləyə  sövg etməsi prosessinə bir neçə gün bundan əvvəl start verildi. Diqqət çəkən məqam, Britaniya kəşfiyyatı direktorunun ABŞ-la İsrail arasında İrana dair kəskin fikir ayrılıqlarının yarandığı bir vaxtda bu ölkəyə səfər etməsidir. Britaniya Dövləti həmin hərbi əməliyyatlarda iştirak etmək  niyyətində deyil. Amma, ABŞ istirak edirsə, Böyük Britaniyanın da iştirakı gözləniləndir.

Məhz, ona görə danışıqların məqsədi Yəhudi Dövlətini hücum etməməyə inandırmaqdır. Amma,  İsrail baş naziri  ABŞ-ın ünvanına sərt bəyanatla çıxış edərək deyib ki, bu ölkənin İsrailin İrana qarşı əməliyyatlarına mane olmağa mənəvi haqqı yoxdur. Çünki söhbət İsrailin təhlükəsizliyindən gedir: “Əgər beynəlxalq birlik İranın nüvə fəaliyyətlərini dayandıra bilmirsə, o zaman İsraildən gözləməyi tələb etmək üçün mənəvi haqqa malik deyil”. Bu da o deməkdir ki, İsrail artıq bütün geosiyasi gedişlərini istifadə etməkdə qərarlıdır. Təbii ki, tək başına sona qədər İrana qarşı əməliyyatlar aparmaq Yəhudi Dövləti üçün arzuolunmazdır. Deməli, ehtiyatda olan siyasi mexanizmləri işə salmaq zamanıdır. Bunun üçün xüsusi tarixə ehtiyac var və  11 sentyabr hadisələrinin il dönümü təsadüfən seçilməyib.

Həmin gün islam peygəmbərini təhgir edən film nümayiş etdirilmişdir. Film haqqında ilk məlumatı  iki il əvvəl 11 sentyabr günü Quranı nümayişkaranə şəkildə yandıran amerikalı rahib Terri Cons elan edib. Film isə Amerikada yaşayan bir qrup qibti (Misir xristianı) tərəfindən çəkilib. Filmdə  İslam dinini və onun Peyğəmbərini (s.ə.s) aşağılayan  epizodlar var. Diqqət çəkən məqam odur ki, bu hadisə bütövlükdə məhz, ABS ilə  əlaqəlidir. Sual yaranır niyə? Məgər başqa ölkədə bunun baş vermə senarisi qurula bilməzdimi?

Diktatorları devrilmiş və bir çox müsəlman ölkələrinin  əhalisində ABŞ-a qarşı, etiraz dalğaları ona görə lazımdır ki, həm ABŞ–ın ərəb ölkələrində dəstək olduğu “Ərəb Baharının” nəticəsini zəiflətsin, yəni demokratikləşmə prosesinə əhalidə olan rəğbət dini inanclarına olan hörmətsizliklə neytralaşdırılsın. Təbii ki, həmin bu proseslər hədəf seçilmış İslam ölkələrində ayın 14-dən başlayaraq etiraz dalgaları  böyük anti–amerika hərəkatına çevriləcək. Bu da, İran İslam ölkəsində Amerikaya qarşı olan radikal mövgelərin artması və daha kəskin anti–amerika  əhval ruhiyyəsinə gətirilərək, İsrailin İrana qarşı hərbi əməliyyatları başlamasında Amerikanın onun yanında olmasını isbat edəcək. İsrail Amerikanı  faktlar qarşısında goyub  İrana hücum etmək kompaniyasında aparıcı güvvə kimi görmək üçün ayın 14 – dən  cümə namazından sonra başda İran olmaqla Yəmən, Liviya, Siriya, Misir, Əlcəzair, Mərakeş, Tunis kimi ölkələrində baş verə biləcək hadisələrin əvvəlcədən geosiyasi trayektoriyası bəllidir. Ümumilikdə, hesablanmış nəticələr bunlardır.

  1.  Ən azı 10 ölkədə ABS səfirliklərində gərginlik  yaşanacaq.  Hətta təxribatlar baş verəcək, bu da öz növbəsində İsrailin İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək prosesini aktivləşdirəcək və ABŞ faktlar qarşısında qalaraq, özü istəmədən belə  iştirakçıya çevriləcək.
  2.  Barak Obama adminstrasiyasının  İsrail siyasətinə qarşı olmasının cəzası isə, onun müsəlman ölkələrində başladığı demokratikləşmə prosesinə zərbə vurmaq və ABŞ-ın bu ölkələrlə yaxın  münasibətlərini pozmaqdır.
  3.  Baş verən hadisələrdə ABŞ-ın istirak etdiyinə görə Britaniya hökuməti İrana qarşı əməliyyatlarda iştirak etməyə məcbur olacaq.

 

———————————————————————–

Bu yazı müəllifin fikirlərdir və  “Region” Beynəlxalq Analitik Mərkəzin mövqeyi ilə fərlilik təşkil edə bilər.

You can leave a response, or trackback from your own site.

Leave a Reply