Archive for September 14th, 2012

Müharibə etmək üçün gurulan oyun

metin (1)

Artıq dünyanın qarışmasının  rəsmi tarixi və təhlükəli bir müharibənin başlanğıcı kimi sentyabr ayını yaxın gələcək tarixdə  başlanğıc nöqtəsi kimi qəbul etmək olar. Məsələ burasındadır ki, geosiyasi hadisələrin son  6 – 8 ayda lənq getməsi  dünyanı idarə  edən güvvələri digər planın həyata keçirilməsinə sövg etdi. Geyd edək ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatların başlamasına qarşıdır və bu üzdən yəhudi dövləti ilə Obama administrasiyası arasında münasibətlər kifayət qədər soyuqdur. İrana qarşı hərbi əməliyyatların başlanmasına açıqcasına və dolayısı yolla ABŞ-ın etiraz etməsi Yəhudi Dövlətinin ABŞ-ın argumentləri garşısında pat vəziyyətinə gətirilməsi və yeganə çıxış yolu kimi, hərbi müdaxıləyə  sövg etməsi prosessinə bir neçə gün bundan əvvəl start verildi. Diqqət çəkən məqam, Britaniya kəşfiyyatı direktorunun ABŞ-la İsrail arasında İrana dair kəskin fikir ayrılıqlarının yarandığı bir vaxtda bu ölkəyə səfər etməsidir. Britaniya Dövləti həmin hərbi əməliyyatlarda iştirak etmək  niyyətində deyil. Amma, ABŞ istirak edirsə, Böyük Britaniyanın da iştirakı gözləniləndir.

Məhz, ona görə danışıqların məqsədi Yəhudi Dövlətini hücum etməməyə inandırmaqdır. Amma,  İsrail baş naziri  ABŞ-ın ünvanına sərt bəyanatla çıxış edərək deyib ki, bu ölkənin İsrailin İrana qarşı əməliyyatlarına mane olmağa mənəvi haqqı yoxdur. Çünki söhbət İsrailin təhlükəsizliyindən gedir: “Əgər beynəlxalq birlik İranın nüvə fəaliyyətlərini dayandıra bilmirsə, o zaman İsraildən gözləməyi tələb etmək üçün mənəvi haqqa malik deyil”. Bu da o deməkdir ki, İsrail artıq bütün geosiyasi gedişlərini istifadə etməkdə qərarlıdır. Təbii ki, tək başına sona qədər İrana qarşı əməliyyatlar aparmaq Yəhudi Dövləti üçün arzuolunmazdır. Deməli, ehtiyatda olan siyasi mexanizmləri işə salmaq zamanıdır. Bunun üçün xüsusi tarixə ehtiyac var və  11 sentyabr hadisələrinin il dönümü təsadüfən seçilməyib.

Read more »

Ərdoğan Əliyevdən nə istəyəcək? – Təhlil

Ərdogan və İlham Əliyev


11.09.2012 | 14:52

Ərdoğanın səfər xüsusi əhəmiyyət daşıyır. 2010-cu 16 avqustunda iki ölkənin prezidenti arasında imzalanan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətindən sonra bir sıra nailiyyətlər var. Ən azından iki ölkənin münasibətlərində tam aydınlıq ortaya çıxıb.

2011-ci ilin oktyabrında İzmirdə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısında Azərbaycan və Türkiyə Azərbaycan qazının taleyi ilə bağlı ilkin razılığa gələrək qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzaladılar. Qaz tranzitinə dair saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutaraq, keçən ilin dekabrında TANAP layihəsinin ortaya çıxmasına səbəb oldu. Bununla da Azərbaycan NABUCCO layihəsinin ilkin versiyasına zərbə vurmuş oldu və Qərb üçün yeganə çıxış yolu Qərbu Nabucco layihəsinə qaldı. Türkiyə Azərbaycana bu qaz sazişinə görə çox minnətdardır və indi Qəbələdə keçirilən ikinci toplantıda həm də bu məsələdə ortaya çıxan bir sıra texniki və maliyyə məsələləri də müzakirə mövzusu olacaq.Gündəlikdə yer almayan daha hansı məsələlər müzakirə oluna bilər? Ola bilsin ki, bunlar rəsmi sənədlərdə və açıqlamalarda yer almayacaq.

Viza məsələsi

Read more »